Neft sektorunda 7,2 faiz azalma
2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4 faiz artmış, neft sektorunda isə 7,2 faiz azalmışdır. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.
Sənaye məhsulunun 70,1 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 9,0 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 2,7 faiz, içkilərin istehsalı 30,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 57,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, kağız və karton istehsalı 0,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,4 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5 faiz, tikinti materiallarının istehsalı 38,5 faiz, kompüter və elektron məhsulların istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı 84,2 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 faiz, mebel istehsalı 28,7 faiz artmış, tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, hazır metal məmulatlarının istehsalı 30,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat əvvəl
-
1 gün əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
2 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
2 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib