Azərbaycan məhsullarının İsveçrəyə idxalını qadağan etmək tələbi - RƏDD EDİLDİ
İsveçrə Parlamentində Azərbaycana qarşı qətnamə ilə bağlı vəsatət yekdilliklə rədd edilibİsveçrə Parlamentinin yuxarı palatasında – Dövlətlər Şurasında Qarabağla bağlı müzakirələr keçirilib.
Müzakirələr zamanı isveçrəli parlament üzvləri ötən il Cenevrə kantonunun Parlament tərəfindən qəbul edilmiş “Dağıq Qarabağdakı ermənilərin yaşamaq və öz müqəddəratını təyin etmək hüququ” başlıqlı qətnamə, eləcə də bir qrup ermənipərəst deputatın təşəbbüsü ilə hazırlanmış “Ermənistanın sağ qalmasının təmin olunması” başlıqlı məsələni nəzərdən keçirib.
Bəzi ermənipərəst parlament üzvləri çıxış edərək, Azərbaycana qarşı qondarma iddialar irəli sürməyə cəhd göstərib. Qatı ermənipərəst mövqeyi ilə seçilən parlament üzvü Karlo Sommaruqa Azərbaycanın guya etnik təmizləmə həyata keçirdiyini, beynəlxalq humanitar hüquqa hörmət etmədiyini iddia edib.
Başqa bir parlamentari Juiyar Şarl regionda humanitar vəziyyətin gərgin olduğunu, hərbi qarşıdurmanın yenidən canlana biləcəyini bildirib. Juiyar Şarlın fikrincə, Rusiyanın başı Ukraynada müharibə aparmağa qarı.dığından rəsmi Moskva üçtərəfli bəyanatın müddəalarının icrasına nəzarət edə bilmir.
Daha bir neçə ermənipərəst parlamentari çıxış edərək, Azərbaycana qarşı sərsəm iddialar səsləndirib və İsveçrə Federal Şurası qarşısında bir sıra qərəzli məsələlər qaldırmağa cəhd edib. Belə ki, Şuradan Azərbaycanın Ermənistana hücumunu pisləməsi, Azərbaycan məhsullarının İsveçrəyə idxalını qadağan etmək, Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etmə hüququnu tanımaq tələb edilib.
Müzakirələr zamanı çıxış edən İsveçrənin xarici işlər naziri İqnasio Kassis Qarabağda vəziyyətin humanitar böhran səviyyəsində olmadığını bildirib. Nazir ölkəsinin hadisələrin inkişafını diqqətdə saxladığını, İsveçrənin tərəflər arasında dialoqu təşviq etmək niyyətində olduğunu vurğulayıb.
Faktiki olaraq nazir Kasis, BMT Təhlükəsizlik Şurasında, ATƏT-də, eləcə də digər beynəlxalq institutlarda İsveçrənin Azərbaycana qarşı mövqe tutmayacağına işarə edib.
Müzakirələr nəticəsində “Dağıq Qarabağdakı ermənilərin yaşamaq və öz müqəddəratını təyin etmək hüququ” sərlövhəli qətnamə ilə bağlı vəsatət yekdilliklə rədd edilib, “Ermənistanın sağ qalmasının təmin olunması” məsələsi ilə bağlı müzakirələrin isə davam etdirilməməsi qərara alınıb.
İsveçrə Parlamentinin yuxarı palatasında müzakirə edilmiş və rədd edilmiş bu iddialar;n 17-18 aprel tarixində aşağı palatada – Milli Şurada da müzakirəyə çıxarılması planlaşdırılır. Lakin Yuxarı palatanın qondarma qətnaməyə yox deməsi, hökumətin ehtiyatlı və balanslı mövqeyi belə düşünməyə əsas verir ki, Parlamentin aşağı palatasının da mövqeyi fərqli olmayacaq.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
8 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























