"Finca Azərbaycan"nın 3 milyon manatlıq istiqrazlarının yarısı "Unicapital"ın xidmətləri çərçivəsində yerləşdirilib
Martın 16-da Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 12,5%, olan AZ2005019206 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. İstiqrazlar tam həcmdə yerləşdirilib.
Yerləşdirilmiş istiqrazların 1 milyon 500 min manatlıq hissəsi “Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya xidmətləri çərçivəsində təmin edilib. Bu barədə Marja-ya İnvestisiya şirkətindən bildirilib.
Qeyd edilib ki, nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 16 ildən artıq müddətdir ki, maliyyə sahəsində fəaliyyət göstərir. Qiymətli kağızların yerləşdirilməsi, investisiya və törəmə maliyyə alətləri üzrə geniş xidmət göstərən “Unicapital”, qiymətli kağızlar bazarına və emitentlərə göstərdiyi xüsusi dəstəyi ilə daima fərqlənib.
Şirkət dinamik dəyişən kapital bazarında təklif etdiyi anderraytinq xidməti ilə korporativ müştərilərinə səhm və istiqrazlarını birjaya yerləşdirmək, bizneslərini genişləndirmək və əlavə vəsait cəlb etmək imkanı yaradır.
Bu gün müştəri sayı 500 000-i keçmiş “Unicapital” İ.Ş. ölkənin investisiya sahəsində olan reytinq cədvəllərində qabaqcıl mövqeləri tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


