Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

ABŞ TikTok-u ölkədə qadağan edən qanun layihəsini qəbul etməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ TikTok-u ölkədə qadağan edən qanun layihəsini qəbul etməyə hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Çinin ByteDance şirkətinə məxsus TikTok sosial şəbəkəsinin ölkədə istifadəsini qadağan edən qanun layihəsinin qəbulunda irəliləyiş əldə edəcəklərini vəd edib.

"Nümayəndələr Palatası amerikalıları Çin Kommunist Partiyasının texnoloji çəngəllərindən qorumaq üçün qanun layihəsi ilə irəliləyəcək" deyib.

Makkarti əlavə edib ki, o, TikTok-un rəhbəri Çjou Şouzinin konqresdə keçirilən dinləmələrdə Çinin sosial şəbəkə istifadəçilərinin məlumatlarına çıxışı ilə bağlı ABŞ-a məlum olan “həqiqəti” qəbul edə bilməməsindən çox narahatdır.

ABŞ prezidenti Co Baydenin administrasiyası TikTok-un ölkədə qadağan edilməsinə dair qanun layihəsini dəstəkləyir.

TikTok-un rəhbəri Çjou Şouzi cümə axşamı ABŞ Konqresində keçirilən dinləmələrdə bildirib ki, sosial şəbəkə Çin hökuməti tərəfindən idarə olunmur, amerikalıların bütün məlumatları ABŞ-da Amerika şirkətinin nəzarəti altında saxlanılır.

26.03.2023 23:12

Müştərilərin xəbərləri

Mobil Xəbər Lentinin aşağısı-2_23
Əsas səhifədə 1-ci reklam-2_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ