İlk əczaçılıq zavodunun təməli qoyuldu
“Scandens Pharmaceuticals İndustries Ltd” MMC tərəfindən Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib. “Scandens Pharmaceuticals İndustries Ltd” MMC 2016-cı ilin iyulunda Azərbaycanda yaradılıb. Onun tərəfdaşı Hindistanın iri “SunPharma”şirkətidir.
Təməlqoyma mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev də iştirak edib.
Mərasimdə bildirilib ki, yeni əczaçılıq zavodunun məhsulları Avropanın GMP standartlarına cavab verəcək ki, bu da öz növbəsində daxili tələbatı ödəmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin hazırlanmasına imkan yaradacaq. Zavod kardiologiya, nefrologiya, qastroenterologiya və diabet xəstələri üçün əczaçılıq məhsulları, o cümlədən Azərbaycan bazarı üçün mühüm olan digər dərman preparatlarını hazırlayacaq. Müəssisənin məhsullarının, həmçinin MDB və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur. Zavodun gücünün 200 mln. tablet, 40 mln. kapsul və 20 mln. ampula qədər artırılması planlaşdırılır. Zavod gələn ilin sonunda fəaliyyətə başlayacaq.
İlk 3 il ərzində müəssisədə istehsalat xarici menecer və texnoloqlar tərəfindən idarə ediləcək. Bu müddət ərzində yerli mütəxəssislər müstəqil iş rejimində işləməyə hazırlanacaqlar. Zavodda istehsalat prosesi yüksək texnologiyalar tətbiq edilməklə tam olaraq avtomatlaşdırılacaq. GMP qaydalarına uyğun olaraq istehsalat hər il əczaçılıq istehsalı üzrə beynəlxalq səviyyəli nüfuzlu ekspertlər tərəfindən yoxlanılacaq ki, bu da müəssisənin məhsullarının xarici bazarlara çıxışına yol açacaq.
“SunPharma” ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, bu dünya nəhənginin istehsal etdiyi preparatların Azərbaycanda ölkəmizdəki satışını eksklüziv olaraq “GünPharma” əczaçılıq şirkəti həyata keçirəcək.
Qeyd edək ki, “SunPharma” ABŞ-ın nüfuzlu “Forbes” dərgisinin reytinqinə görə, 39 milyard dollarlıq kapitalla Hindistanın birinci, dünyanın isə beşinci genetik əczaçılıq şirkətidir.“SunPharma” şirkətinin məhsulları dünyanın 150 ölkəsinə ixrac olunur. Həmin əczaçılıq nəhənginin tərkibində 49 zavod fəaliyyət göstərir ki, bu müəssisələr planetin 5 qitəsini əhatə edir. “SunPharma” ABŞ-ın əczaçılıq bazarında 20 ildir fəaliyyət göstərir və oradakı illik ticarət dövriyyəsinin həcmi 2 milyard dollardan yuxarıdır. Həmin dünyaca məşhur aparıcı əczaçılıq şirkəti artıq Azərbaycan bazarına da daxil olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
-
43 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
57 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















