SOCAR ilə Çin Neft Universiteti arasında görüş keçirilib
4 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Çin Neft Universitetinin rektoru professor Çen Fengin başçılıq etdiyi nümayəndə heyəti ilə SOCAR-ın rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin Çin Neft Universitetinin təşkil etdiyi beynəlxalq yarışlarda uğurla iştirak etdiyi vurğulanıb.
SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edilib, rəqəmsal və innovativ texnologiyaların tətbiqinin və yüksəkixtisaslı kadr potensialının inkişafının prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib.
Neft kapitalının insan kapitalına transformasiyasının bariz nümunələrindən biri olan BANM-də innovativ texnologiyalar əsasında yaradılan laboratoriyaların, müasir təhsil şəraitinin ölkədə rəqabətli insan kapitalının gücləndirilməsinə mühüm töhfələr verdiyi bildirilib.
Bu çərçivədə, neft və neft-kimya sahəsində ixtisaslaşan və Çinin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Çin Neft Universiteti ilə SOCAR arasında neft-qaz, neft-kimya, geologiya, ətraf-mühit, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 7 d. əvvəl
-
-
9 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
24 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı





























