Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Önəmli məlumatlar açıqlanacaq, gəlirə çevirə bilərsiniz!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Önəmli məlumatlar açıqlanacaq, gəlirə çevirə bilərsiniz!

(®) Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

TİCARƏT HESABI AÇIN

ÜMUMİ MƏLUMAT

Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir..

NƏ GÖZLƏNİLİR?

FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da məşğulluğun və işsizlik səviyyəsinin ötən ay ilə müqayisədə azaldığı görünür. Beləki, ötən ay məşğulluğun 311000 nəfər artdığı açıqlanmışdısa, bu gün açıqlanacaq göstəricinin 239000 olacağı proqnozlaşdırılır. Qeyri-kənd təsərrüfatında yeni açılacaq işyerlərinin sayının baza həddi hesab edilən 200000-nin üzərində qalacağı ehtimalı ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qarşılana bilər. Lakin əvvəlki göstəriciyə nəzərən göstəricinin aşağı proqnozlaşdırılması, "NFP"-nin artım dinamikasının zəifləməsi deməkdir. Bu da bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmaya bilər. İşsizlik səviyyəsi göstəricisinin isə əvvəlki ayla müqayisədə dəyişməyəcəyi proqnozlaşdırılır. Bu isə ümumilikdə ABŞ iqtisadiyyatı üçün müsbət hal kimi dəyərləndirilə bilər. Qeyd edək ki, fevral ayı üçün bu göstərici 3.6% açıqlanmışdı. Bu ay da işsizlik səviyyəsinin 3.6% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə artaraq 0.3% olacağı, illik müqayisədə isə 0.3% azalaraq 4.6%-dən 4.3%-ə düşəcəyi proqnozlaşdırılır. Əmək haqlarında azalmanın olması, FED-in inflyasiya hədəflərinə çatması üçün faiz artımı qərarlarında daha ehtiyyatla davranmasına səbəb ola bilər. Qeyd edək ki, FED-in may toplantısında faiz dərəcələrini növbəti dəfə 0.25% artıracağı proqnozlaşdırılır.

BİRJALARA TƏSİRİ

Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.

Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 17:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.

TİCARƏT HESABI AÇIN

Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

07.04.2023 11:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ