Azərbaycanda ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlanılıb
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlanılıb.İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” şirkəti ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlayıb.
Bir sıra dövlət qurumlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı keçirilib.
Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında Türkiyənin Gürdesan şirkəti ilə birlikdə “SOCAR-STP” MMC tərəfindən hazırlanıb. Uzunluğu 35 metr olan kranın ümumi yük qaldırma gücü 35 tondur. Hidravlik yükqaldırma kranının əsas təyinatı yük və işçi heyətini barjadan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür. İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















