Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Mercedes-Benz” Rusiyadakı zavodunu satdı - Alan şirkət Çin avtomobilləri istehsal edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mercedes-Benz” Rusiyadakı zavodunu satdı - Alan şirkət Çin avtomobilləri istehsal edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın “Avtodom” holdinqi Almaniyanın “Mercedes-Benz” konserninin Rusiyadakı aktivlərini almaq üçün müqavilə bağlayıb.

Marja.az xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən bildirilib.

Müqaviləyə, Alman şirkətinin Rusiyadakı rəsmi distribyutoru - "Mercedes-Benz Rus" ASC, onun Moskva vilayətindəki zavodu, lizinq törəmə şirkəti, sığorta ilə məşğul olan şirkəti və "Benz Bank Rus" daxildir.

Rusiyada "Mercedes-Benz"in aktivlərini alan "Avtodom" şirkəti Almaniya konserninin Moskva vilayətinin Esipovo qəsəbəsindəki keçmiş zavodunda premium Çin avtomobilləri istehsal etməyi planlaşdırır. Bu barədə “Avtosmart” şirkətinin (“Avtodom”un törəmə müəssisəsi) baş direktoru Maksim Şişko bildirib.

"Biz başa düşürük ki, Mercedes-Benz zavodu premium avtomobillərin istehsalı üçün ən əlverişli yerdir, ona görə də bəli, söhbət premium Çin avtomobillərinin istehsalından gedir", - Şişko bildirib.

Top menecerin dediyinə görə, gələn ay Moskva yaxınlığındakı zavodda avtomobillərin yığılması üzrə çinli tərəfdaş seçiləcək.

Moskva vilayətində "Mercedes-Benz" zavodu 2019-cu ildə fəaliyyətə başlayıb. Şirkət E-class sedanları, həmçinin GLC, GLE və GLS krossoverləri istehsal edib. 2022-ci ilin oktyabrında Alman şirkəti Rusiyanı tərk etmək və Rusiya aktivlərini "Avtodom" diler holdinqinə satmaq planlarını açıqlayıb.

"AVTODOM" lüks və premium avtomobillərin satışı və texniki xidməti üzrə ixtisaslaşmış avtomobil holdinqidir.

Avtodom
25.04.2023 10:14
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18