“Naxçıvan” Universiteti ilə UNEC arasında ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ – İkili diplom proqramı ilə bağlı RAZILAŞMA
(®) Naxçıvan Universitetinin dəvəti ilə UNEC-in rektoru i.e.d., prof. Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan şəhərinə səfər ediblər.
"Naxçıvan" Universitetinin mövcud infrastrukturu ilə yaxından tanış olan rektor Ədalət Muradov Universitetin təhsil modelini yüksək qiymətləndirib. O, təhsildə müasir texnologiyaların tətbiqini tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil adlandırıb.
Tanışlıqdan sonra universitetin konfrans zalında iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə UNEC-in rektoru, prof. Ədalət Muradov və nümayəndə heyəti, “Naxçıvan" Universitetinin rektoru, dos. Anar Kazımov, universitetin müəllim-tələbə heyəti iştirak edib.
"Naxçıvan" Universitetinin rektoru, Anar Kazımov bildirib ki, iki universitet arasında bağlanan müqavilə hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacaq və elmi layihələrin həyata keçirilməsinə təkan verəcək.
Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi, kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində islahatların aparıldığını bildirib. Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC-lə əməkdaşlığın "Naxçıvan" Universiteti üçün mühüm faydalar verəcəyinə əminliyini bildirən A. Kazımov tərəfdaş kimi hərtərəfli qarşılıqlı əməkdaşlığın reallaşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.
Rektor, həmçinin universitetlər arasında elm, təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb.
Ədalət Muradov isə çıxışında UNEC-in fəaliyyət istiqamətlərində regional universitetlərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti (LDU), Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq etdiyini deyən rektor, əməkdaşlıq etdiyi universitetlərlə ikili diplom proqramı barədə razılaşmanın da əldə olunduğunu vurğulayıb. Ə.Muradov UNEC-in regional universitetlərlə əməkdaşlıqda dünya praktikasında qəbul olunan yeni yanaşma ilə çıxış etdiyini, ikili diplom proqramının bu əməkdaşlığın əsas hədəfi olduğunu bildirib. UNEC ilə "Naxçıvan" Universiteti arasında əməkdaşlığın uğurlu olacağını bildirən prof. Ə.Muradov, bu ali təhsil müəssisəsinin ölkənin təhsil sistemində və regional universitetlər arasında qısa müddətdə qabaqcıl universitetə çevriləcəyindən əminliyini ifadə edib.
Qeyd edək ki, "Naxçıvan" Universiteti ilə UNEC arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında anti-plaqiat sahəsində təcrübə mübadiləsinin aparılması da müqavilədə öz əksini tapıb.
İmza mərasimindən sonra qonaqlar tələbələrin ifasında maraqlı şeir və musiqi nömrələrini izləyiblər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
- 42 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)




.jpg)



.jpg)







