Azərbaycan şirkəti 400 min dollarlıq istiqrazlar buraxır - ŞƏRTLƏR
İllik 15 faiz gəlir təklifi!"GL" Açıq Sәhmdar Cәmiyyәti hәr birinin nominal dәyәri 1000 ABŞ dolları olan 400 әdәd faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazlar buraxır.
Marja xəbər verir ki, tədavül müddəti 5 il olan istiqrazlar üzrә illik faiz dәrәcәsi 15% tәşkil edir.
İstiqrazlar üzrә hesablanmış faizlәr, buraxılışda olan ilk istiqrazın yerlәşdirildiyi tarixdәn etibarәn hәr ayda bir dәfә (hәr bir ayın 30 gün olduğunu qәbul etmәk şәrti ilә) ödәnilәcәkdir.
“GL” ASC daşınar әşyaların girov qoyulması müqabilindә qısamüddәtli kreditlәrin verilmәsini hәyata keçirәn vә daşınar әşyaları saxlamaya qәbul edәn kommersiya hüquqi şәxsdir.Tәşkilat tәminatlı kredit bazarında rәqabәt aparır
- İstiqrazların növü: faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazlar;
- İstiqrazların valyutası: ABŞ dolları;
-Tәdavül müddәti: 5 (beş) il;
- İstiqrazlarla tәsbit olunan mәhdudiyyәtlәrin tәsviri: Mövcud deyil.
İstiqrazlarla tәsbit olunmuş hüquqların tәsviri:
‐ İstiqrazların tәdavül müddәti bitdiyi vaxtda İstiqrazın nominal dәyәrini emitentdәn almaq;
‐ İstiqrazın nominal dәyәrindәn illik 15 faiz olmaqla, istiqrazların tәdavül müddәti әrzindә faiz gәliri almaq;
‐ Emintentin lәğvi, yaxud emitentin kreditorlarının tәlәblәrinin ödәnilmәsinin tәminatına real tәhlükәyә sәbәb olan onun yenidәn tәşkili barәdә qәrәr qәbul edildikdә, habelә Emitent müflis elan olunduqda İstiqrazların nominal dәyәrinin vә hәmin anadәk hesablanmış, lakin, ödәnilmәmiş faizlәrin vaxtından әvvәl ödәnilmәsini Emitentdәn tәlәb etmәk;
‐ Azәrbaycan Respublikasının qanunvericiliyindә nәzәrdә tutulmuş digәr hüquqlar.
Yerləşdirmənin anderrayteri “AzFinance İnvestisiya Şirkәti” QSC-dir.
Həmçinin "GL" Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını 50 min 125 manat artıtıt. Şirkət hər birinin nominal dəyəri 2005 manat olan 25 ədəd adi, adlı, sənədsiz səhm emissiya edir.
"GL" Açıq Sәhmdar Cәmiyyәtinin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)




.jpg)
