AzInTelecom və Cyberpoint kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcəklər
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint” MMC-nin direktoru Fuad Niftəliyev imzalayıb.
Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini, səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar.
Tərəflər elmi-texniki biliklərin və kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması məqsədilə birgə fəaliyyət göstərməyi planlaşdırır.
“AzInTelecom” MMC və “Cyberpoint” MMC Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi üçün müştərilərə birgə xidmət göstərərək fəaliyyət göstərməyi hədəfləyir.
Qeyd edək ki, ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan Cyberpoint şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



