"Bakı Fond Birjası"nın gəlirləri artıb, xalis zərəri azalıb
"Bakı Fond Birjası" QSC (BFB) 2022-ci ili 256 min manat xalis zərər ilə başa vurub. Birja 2021-ci ili 270 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, BFB-nin xalis zərəri 5,2% azalıb.
Marja.az QSC-nin 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Hazırlanmış Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, "Bakı Fond Birjası"nın cəmi gəlirləri 2021-ci ildə 1 milyon 884 min manat ikən, 2022-ci ildə 2 milyon 211 min manat təşkil edib (327 min manat artıb).
Əməkhaqqı üzrə, ümumi və inzibati xərclər artdığından BFB-nin xəmi əməliyyat xərcləri 498 min manat artaraq 2 milyon 773 min manat təşkil edib.
Xərclər gəlirlədən daha çox artdığı üçün BFB-nin əməliyyat zərəri 171 min manat artaraq 562 min manat olub. Ötən il Birja ehtimal olunan kredit zərərləri üzrə ehtiyata ayırma etmədiyindən xalis zərəri 2021-ci illə müqayisədə azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



