Benzinlər üçün aksiz dərəcələri endirildi, idxal rüsumu ləğv edildi
Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilib. Bundan başqa benzinlər üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.
BUNDAN SƏRFƏLİ ALMAN AVTOMOBİLİ YOXDUR
"Marja" xəbər verir ki, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişikliklər edib.
İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15 faizi həcmində idxal rüsumuna cəlb edilib.
Nazirlər Kabinetinin digər qərarı ilə, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” A 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Dəyişiklik ilə, Azərbaycana gətirilən mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çoxolmayan, 95-dən az oktan ədədi ilə və mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə benzinlər (o cümlədən 92 oktan ədədi ilə benzinə) üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Qeyd edək ki, Nazirlər Kabineti ötən ilin Avqust ayında da belə qərarlar vermişdi. Həmin qərarlar avqustun 16-dan etibarən qüvvəyə minmiş və 60 gün müddətində qüvvədə olmuşdu. O vaxt iqtisadçılar bildirmişdilər ki, vergi və gömrük rüsumu güzəştləri qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq edilib. Aksiz və idxal rüsumunun ləğv olunması nəticəsində az oktanlı benzinlərin idxal xərci azalacaq. Deməli, ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək.
Ekspertlərin fikrincə, bu güzəştlər müvəqqəti xarakter daşıyır: "Güman edilir ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
- 9 d. əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Ən çox oxunanlar
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər














.jpg)







