Rabitəbank Şəhid övladları üçün Heydər Əliyev Mərkəzinə ziyarət təşkil etdi
(®) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi ilə əlaqədar bankın əməkdaşları “Heydər Əliyev İli" çərçivəsində Şəhid övladları ilə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət edib.
Baş tutan gəzintinin əsas məqsədi cəmiyyətimizdə hər zaman xüsusi sevgi və diqqət ayırdığımız Şəhid ailələrin övladlarına dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha yaxşı aşılamaq və əziz xatirəsini bir daha yad etmək olub.
Rabitəbank əməkdaşı ilə birgə uşaqlar gəzinti zamanı Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, daha sonra Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ümummilli Lider Heydər Əliyevin həyatı haqqında maraqlı faktları öyrəniblər.
Uşaqlara Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu, həmçinin müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar verilib.
Bundan başqa, gəzinti zamanı balaca ziyarətçilərə Ümummilli Liderin hərbi və mülki geyimləri, avtomobilləri, iş masası, müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar kimi dəyərli nümunələr də təqdim edilib.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
2 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
2 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Ən çox oxunanlar
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb


















