Azərbaycanın Baş naziri SpaceX şirkətinin prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” (SpaceX) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda Starlink internet xidmətlərinin göstərilməsi ilə bağlı SpaceX şirkəti ilə imzalanan ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırılıb.
Bakı şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə SpaceX şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























