Azercell-in prezidenti Zərinə Zeynalova rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolundan danışıb
"GSMA M360 EURASIA 2023" beynəlxalq konfransının baş sponsoru olan Azercell mobil telekommunikasiya sahəsinin qlobal liderlərini Bakıda qonaq edir
Beynəlxalq GSM Assosiasiyası (GSMA) öz “M360” adlı silsilə tədbirlərinə ölkəmizin paytaxtında start verib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə 16-17 may tarixlərində keçirilən beynəlxalq konfrans region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini Bakıda bir araya gətirib.
Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalovanın, GSMA-nın baş direktoru Mats Qranridin və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfransın "Gələcək inkişaf üçün rəqəmsal davamlılıq" adlı birinci sessiyasında məruzəçilər müasir texnologiyaların cəmiyyətə təsiri və innovasiyaların davamlı inkişafda əhəmiyyətindən danışıblar.
"Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova öz çıxışında rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolunu vurğulayıb: “Ölkənin ən böyük telekommunikasiya şirkəti olaraq Azercell rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biridir və sürətli texnoloji inkişafın həm gələcək perspektivlərinə, həm də onun özü ilə gətirdiyi çağırışlarına dair dərin bilgiyə və strateji baxışa malikdir”.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və Azercell şirkətinin baş sponsorluğu ilə Azərbaycanda təşkil edilən "GSMA M360 EURASIA 2023" beynəlxalq konfransı yeni nəsil şəbəkələr, rəqəmsallaşma, Süni intellekt (Sİ) və rəqəmsal inklüzivliyin artan əhəmiyyəti kimi gündəmdə olan mövzuları əhatə edir. Tədbir çərçivəsində telekommunikasiya sahəsinin tanınmış qlobal və regional ekspertləri mobil bağlantı sahəsinin gələcək inkişafını və cəmiyyətə dəyər qatması üçün doğru sərmayə yatırımını, eləcə də bu kritik infrastrukturun qorunmasının yollarını müzakirə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)


