İlk rübdə Gəncədə pərakəndə ticarət dövriyyəsi 370 milyon manata yaxın olub
Pərakəndə ticarət dövriyyəsi haqqında2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 369 milyon 591,4 min manatlıq, o cümlədən 183 milyon 200 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 186 milyon 391,4 min manatlıq qeyri-ərzaq malları satılmışdır.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olmuş məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 22,1 faiz azalmış qeyri-ərzaq malları üzrə isə 42,4 faiz artmışdır.
2023-cü ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 24,1 faizi ticarət müəssisələri, 26,3 faizi fərdi sahibkarlar tərəfindən, 49,6 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2022-ci ilin yanvar–mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 38,9 faiz, fərdi sahibkarlar üzrə 50,9 faiz azalmış, bazar və yarmarkalarda isə 78,6 faiz artmışdır.
İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər
Gəncə şəhərində 2023-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz artaraq 10 milyon 879,8 min manat təşkil etmişdir. Dövriyyənin 10 milyon 830,0 min manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 11,6 faiz artaraq 101 milyon 19,7 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 49 milyon 609,7 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 49,1 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 20,9 faizi dövlət, 79,1 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















