Türkiyə Mərkəzi Bankının ehtiyatları kəskin azalıb - 21 İLİN ƏN AŞAĞI SƏVİYYƏSİ
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları seçkilərdən bir həftə əvvəl 9 milyard dollar azalaraq 105,1 milyard dollar olub.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB )ümumi ehtiyatlarında pandemiya dövründən bəri ən kəskin azalma seçkidən bir həftə əvvəl müşahidə edilib. Xalis ehtiyatlar da son 21 ilin ən aşağı səviyyəsinə düşüb.
Marja TCMB-nin məlumatlarına istinadən xəbər verir ki, 12 may həftəsində ümumi ehtiyatlar 9 milyard dollar azalaraq 105,1 milyard dollar olub. Beləliklə, pandemiya dövründən bəri ümumi ehtiyatlarda ən kəskin azalma müşahidə olunub.
Mayın 12-si həftəsində cəmi valyuta ehtiyatlarında 7,6 milyard dollar, qızıl ehtiyatlarında isə 1,4 milyard dollar azalma olub.
12 may həftəsində xalis valyuta ehtiyatlarının tarixi minimum səviyyəyə düşdüyü müşahidə olunub. TCMB-nin xalis ehtiyatları 6,8 milyard dollardan 2,3 milyard dollara qədər azalıb. Beləliklə, xalis valyuta ehtiyatları 2002-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.
Oxşar mənzərə svoplar (swap) istisna olmaqla xalis ehtiyatlarda da müşahidə olunub. 12 May həftəsində svoplar xaric xalis ehtiyatlar mənfi 57,8 milyard dollar olub. Svoplar istisna olmaqla, xalis ehtiyat əvvəlki həftə mənfi 53,4 milyard dollar olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
8 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
9 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
9 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur




























