"Rusiya öz çağırılmamış təyyarəsini Tbilisiyə endirib" - HAVA LİMANINDA ETİRAZ AKSİYASI
Gürcüstan müxalifəti Rusiyadan ilk uçuşu etiraz aksiyası ilə qarşılayıb.Gürcüstanın müxalifət partiyasının üzvləri cümə günü öz tərəfdarları ilə birlikdə dörd illik fasilədən sonra Moskvadan ilk birbaşa reysin endiyi Tbilisi beynəlxalq hava limanında etiraz aksiyası keçirib.
Marja xəbər verir ki, onlar əvvəlcə Tbilisinin mərkəzində toplaşaraq kortejlərdə hava limanına doğru hərəkət ediblər. Avtomobilin şüşələrinə Avropa Birliyi və Ukrayna bayraqları vurulub.
Asayişi təmin etmək üçün aeroport binasına çoxlu sayda polis səfərbər edilib.
Etirazçılar polis kordonunu yararaq binaya daxil olmağa çalışsalar da, polis onları saxlamağa müvəffəq olub, onlar əllərində plakatlarla ətrafda çıxışlarını davam etdirblər.
Hava limanına gələn Rusiyanın "Azimut" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri binanın içərisində yalnız jurnalistlər tərəfindən qarşılanıb, binanın yaxınlığında keçirilən etiraz aksiyası ilə əlaqədar digər vətəndaşların girişi polis tərəfindən qadağan edilib. Sərnişinlər jurnalistlərlə danışmaqdan çəkiniblər.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Gürcüstanla viza rejimini ləğv edib, həmçinin Rusiya aviaşirkətlərinə ölkəyə birbaşa uçuşlar qadağasını ləğv edib.
XXX
Gürcüstan prezidenti bildirib ki, gürcü xalqının müqavimətinə baxmayaraq, "Rusiya öz çağırılmamış təyyarəsini Tbilisiyə endirib".
Bu gün "Azimut" şirkəti 2019-cu ildən bəri ölkəyə ilk birbaşa uçuş həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
8 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
9 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
9 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur































