Dörd illik fasilədən sonra Tbilisidən Moskvaya reys
Gürcüstanın milli aviadaşıyıcısı "Georgian Airways" Tbilisidən Moskvaya birbaşa reyslərə başlayıb. Təyyarə Tbilisi Beynəlxalq Hava Limanından yerli saat 08:00-da havaya qalxıb. Moskva Vnukovo hava limanına gözlənilən eniş vaxtı 10:15-dir.
Gürcüstanın “Georgian Airways” aviaşirkətinin ilk təyyarəsi dörd illik fasilədən sonra Tbilisidən Moskvaya uçub.
Uçuş icazəsi mayın 16-da verilib.
Marja Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarə təxminən 80% dolub. Sərnişinlərdən birinin verdiyi məlumata görə, bilet alarkən heç bir çətinlik olmayıb. “Yeganə odur ki, “Georgian Airways”in mobil tətbiqi yoxdur, ona görə də hər şeyi internet saytı vasitəsilə almaq lazım idi”, o deyib. Həmçinin qeydiyyat zamanı yer seçmək imkanı yoxdur.
Bəzi sərnişinlər ölkələr arasında hava hərəkətini bərpa edilməsindən şad olduqlarını bildiriblər.
Cümə günü Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi dörd illik fasilədən sonra ölkələr arasında ilk uçuşu həyata keçirərək Gürcüstanın paytaxtının hava limanına enib.
Rusiyanın “Red Wings” aviaşirkəti də Tbilisi və Kutaisiyə uçuşlar üçün Gürcüstanın Mülki Aviasiya Agentliyindən icazə alıb.
Rusiya prezidenti Vladimir Putin mayın 10-da Gürcüstanla mayın 15-dən etibarən viza rejimini ləğv edib, həmçinin Rusiya aviaşirkətləri üçün ölkəyə birbaşa reyslərə qoyulan qadağanı ləğv edib.
Gürcüstanın milli aviadaşıyıcısı həftədə yeddi dəfə Rusiya paytaxtına uçacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat sonra
- 42 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
55 d. əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
1 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
3 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
4 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
4 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
