Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Cümə günü Ağ Ev və Respublikaçı Konqresin müzakirəçiləri arasında federal hökumətin 31.4 trilyon dollarlıq borc tavanının artırılması ilə bağlı ikinci görüş, tərəflərin heç bir irəliləyiş əldə etməməsi və yeni görüşün bab tutmaması ilə başa çatıb.

Xəzinədarlıq Departamentinin federal hökumətin bütün borclarını ödəyə bilməyəcəyi barədə xəbərdarlıq etdiyi 1 iyun tarixinə iki həftədən az bir müddət qalmasına baxmayaraq, tərəflər qətiyyən güzəştə getmək niyyətində deyillər. Bu isə defoltun reallaşması ehtimallarını getdikcə daha çox artırır.

Ağ Ev Nümayəndələr Palatasına nəzarət edən respublikaçılarla "ciddi fikir ayrılıqlarının" qaldığını etiraf etsə də, prezident Co Bayden hələ də defoltdan qaça biləcəklərinə inandığını bildirib.

ABŞ-da mümkün defolt ssenarisində 8 milyona yaxın insanın işsiz qalacağı, birjalarda kəskin çöküşlərin yaşanması, sosial müavinətlərin kəsilməsi və kredit faizlərinin artması gözlənilir.

Cari həftə ərzində tərəflər uzlaşma əldə edə bilməsələr, ABŞ höküməti ölkəni növbəti həftələrdə defolt elan etmək məcbutiyyətində qala bilər. Bu isə öz növbəsində birjalarda risk iştahının ciddi dərəcədə azalması səbəbilə ilkin mərhələdə “cash” dollara olan tələbin kəskin artmasına və nəticədə dollar indeksində müşahidə olunan artım tendensiyasının daha da aqressivləşməsinə səbəb ola bilər.

Ötən həftəni də 103.50 bəndlik müqavimət səviyyəsinin altında başa vuran DXY-da tendensiyanın gedişinə carin ticarət həftəsində açıqlanacaq ÜDM-in həcmi və FOMC-un son toplantısının dərc olunacaq protokolları kimi faktorlar da ciddi təsir edə bilər.

EUR

Ötən həftəni 1.0820 hədlərində tamamlayan EURUSD məzənnəsində cari ticarət həftəsində tendensiyanın formalaşmasına təsir göstərə biləcək əsas faktorlar arasında Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Almaniyada dərc olunacaq Ümumdaxili məhsulun həcmi kimi önəmli iqtisadi göstəriciləri qeyd etmək olar.

Təhlillərə əsasən EURUSD məzənnəsində qiymətlər 1.0900 həddinin altında qaldığı müddətdə, eniş tendensiyası daha kəskin xarakter ala bilər.

GBP

Dollar qarşısında ötən həftə ciddi şəkildə dəyər itirən funt-sterlinqdə qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışını və ölkədə İstehlak Qiymətləri İndeksi və Pərakəndə Satış Dövriyyəsinin həcminə dair statistik rəqəmləri diqqətdə saxlayacaqlar.

GOLD

Ötən həftə Amerikada günü-gündən artan defolt qorxuları fonunda nəğd dollara tələbin artması səbəbilə qızılın bir unsiya üzrə qiyməti 1951$-a kimi ucuzlaşıb. Cümə günü sə bu həddən dəstək alaraq 1980$-a kimi bahalaşıb. Lakin təhlillərə əsasən  qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin altında qaldığı müddətdə, eniş tendensiyası yenidən bəpa oluna bilər. Hazırda 1979$-dan təklif olunan qızılın qiyməti 1970$-ın altına düşsə, eniş tendensiyası 1951$ və 1933$-a kimi davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

həftəlik analiz InvestAZ
22.05.2023 11:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ