Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ötən il Azərbaycanda dollar bolluğu olub - 2 MİLYARD 48 MİLYON DOLLARLIQ MÜDAXİLƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il Azərbaycanda dollar bolluğu olub - 2 MİLYARD 48 MİLYON DOLLARLIQ MÜDAXİLƏ

2022-ci ildə  Azərbaycana daxil olan xarici valyutanın məbləğində əhəmiyyətli artım izlənmiş, bu, valyuta bazarında tələb və təklifə təsir etməklə valyuta hərraclarında təklifin tələbi üstələməsi ilə nəticələnmişdir. 2022-ci il ərzində keçirilmiş 99 valyuta hərracında 5 milyard 185,7 milyon ABŞ dolları satılmış, bu məbləğ əvvəlki ilə nisbətən 1 milyard 502,6 milyon ABŞ dolları və ya 22,5% az olmuşdur. 

Marja.az xəbər verir ki, bu, Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.

Qeyd edilib ki, orta hesabla bir hərracda reallaşan valyuta tələbi də 2021-ci illə müqayisədə azalmış və 67,6 milyon ABŞ dollarından 52,4 milyon ABŞ dollarına enmiş, bununla da 70 milyon ABŞ dolları olan orta valyuta təklifindən az olmuşdur. 

Valyuta bazarında tarazlığın qorunması məqsədilə il ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən valyuta bazarına edilmiş alışyönlü müdaxilələrin həcmi 2 milyard 48 milyon ABŞ dollarına bərabər olmuşdur. 

İl ərzində keçirilmiş valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən reallaşdırılmış valyuta satışı nəticəsində 7 milyard 923 milyon manat dövlət büdcəsinə transfert edilmişdir.  

Hərraclar üzrə ən yüksək valyuta satışı yanvar ayında olmuş, 2-ci rübdən başlayaraq ölkənin xarici valyuta daxilolmalarının artması valyuta bazarında satışın azalması ilə müşayiət olunmuşdur. Belə ki, baxılan dövrdə həm neft-qaz, həm də qeyri-neft sektorunun ixracı üzrə gəlirlər artmış, bundan əlavə ölkəyə daxil olan pul baratlarının həcmində əhəmiyyətli artım müşahidə edilmişdir. 

Rəydə deyilir: "Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarına dair məlumatların təhlil göstərir ki, valyuta bazarında tələb azalmış və 2022-ci ilin 2-ci rübündən etibarən ABŞ dollarının banklar tərəfindən alışı satışını üstələmiş, bu tendensiya 4-cü rübədək davam etmişdir. Hesabat ilinin aprel-avqust ayları ərzində alış və satış arasında fərqin ən yüksək məbləği iyun ayında qeydə alınmış, müvafiq valyuta üzrə alış satışdan 72,3 min ABŞ dolları çox olmuşdur. İlin yekunlarına görə, nağd mübadilə əməliyyatları zamanı satış alışı üstələsə də, bu fərq 2021-ci illə müqayisədə 2,3 dəfə azalmışdır. Tədiyə balansı barədə məlumatların təhlili valyuta bazarında xarici valyuta təklifinin artmasının enerji xammallarının qiymətlərinin artması nəticəsində mal ixracının, həmçinin ölkəyə göndərilmiş pul baratlarının müsbət dinamikası ilə əlaqəli olduğunu deməyə imkan verir. Məlumatlara əsasən, 2022-ci ildə ölkəyə göndərilən pul baratları 3,6 milyard ABŞ dolları olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3,2 dəfə çoxdur". 

Ölkənin xarici valyuta daxilolmaları ilə bağlı eyni tendensiya dövlət büdcəsi üzrə də müşahidə edilmiş, birbaşa xarici valyutada daxil olmuş məbləğin proqnozlaşdırıldığından çox olması Dövlət Nedt Fondunun transfertlərinin qənaətli icrasına imkan yaratmışdır. Belə ki, dövlət büdcəsinin icrası barədə məlumatlara əsasən, 2022-ci ildə dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinə aid edilən hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi 5 milyard 393,9 milyon manat olmaqla, proqnozla müqayisədə 2 milyard 723,9  milyon manat artıq icra edilmişdir. Dövlət büdcəsinin xarici valyutada aparılan xərc istiqamətlərinə isə 2022-ci ildə nəzərdə tutulan 2 milyard 631 milyon ABŞ dollarından da çox olmaqla 2 milyard 818,1 milyon ABŞ dolları və ya 4 milyard 790,8 milyon manat vəsait yönəldilmişdir. 

valyuta hərracları
24.05.2023 13:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ