Azərbaycan Sığortaçılar Assosiasiyası Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı mövqe bildirdi
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319,1 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddələri ilə bağlı qərarı ilə bağlı açıqlama verib.
ASA-dan Marja verilən açıqlamada bildirilir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı bir rəy verilməmişdir. Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilmişdir.
Göründüyü kimi, bu qərarın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyatı yoxdur. Belə ki, bu kreditlər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır.
Bir daha bildiririk ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır.
Odur ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığrta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
12 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
13 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
14 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















