İş və qeyri-iş günlərinin yerləri dəyişdirildi, ardıcıl 7 gün tətil olacaq
26, 27, 28, 29, 30 iyun və 1 və 2 iyul tarixlərində iş olmayacaq.
Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib.
"Marja" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olacaq.
Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.
Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.
XXX
İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 may 2023-cü il
Müştərilərin xəbərləri

Türkiyənin məşhur Mobiliz GPS sistemlərinin Azərbaycanda tək rəsmi distributeri AXİOM şirkəti rebrendinq etdi
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
-
11 saat əvvəl
Makron Əliyevə məktub göndərib - "İyunun 1-də görüşməkdən məmnunam"
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Şüvəlanda yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən fəaliyyətə başlayıb - FOTO
- 17 saat əvvəl
- 17 saat əvvəl

1169 nəfər işlə təmin olunacaq müəssisələr tikilir

Prezident Laçının Şəlvə kəndinin təməlini qoyub

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Makron Əliyevə məktub göndərib - "İyunun 1-də görüşməkdən məmnunam"

Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyuldu

Əliyev Laçına səfər edib, qəsəbə və kəndin təməli qoyulub

“Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib
Ən çox oxunanlar

Şüvəlanda yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən fəaliyyətə başlayıb - FOTO

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

“Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib
