Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq
1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza vasitəsi ilə mümkün olacaq.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, bu yeniliyin məqsədi ödəyicilərin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyinin və məxfiliyinin daha etibarlı qorunmasıdır.
Qeyd edilib ki. bu səbəbdən vergi ödəyiciləri elektron kabinetlərindən istifadə etmək, “Əmək müqaviləsi Bildirişi”nin qeydiyyata almaq, elektron qaimə-faktura göndərmək, bəyannamə və hesabatların təqdim etmək, vergi orqanı tərəfindən göndərilən sənədlərlə tanış olmaq üçün gücləndirilmiş elektron imza vasitələrindən birini “Asan İmza” və ya "E-imza" əldə etməlidir.
Qeyd olunmalıdır ki, gücləndirilmiş elektron imza, o cümlədən “Asan imza” digər identifikasiya vasitələrindən fərqli olaraq yüksək səviyyəli təhlükəsizlik texnologiyası və PİN kodlarla qorunur. Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, yəni özününküləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır.
Qeyd edək ki, gücləndirilmiş elektron imza vasitələrinin əldə edilməsi ilə bağlı asanimza.az saytından ətraflı məlumat almaq mümkündür.
Bundan əlavə, vergi ödəyiciləri “Asan İmza” Sertifikatlarını əldə etmək üçün mobil şəbəkə operatorlarından aldıqları biznes tipli “Asan İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















