Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir
Lider mobil operator tərəfdaşları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir(®) “Azercell Telekom” MMC, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Ədliyyə Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF Azərbaycan və Avropa İttifaqı ilə birgə əməkdaşlıqda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün silsilə tədbirlərə start verir. Layihə indiyə qədər ölkədə təcrübədə tətbiq edilməyən, tam yeni formatda təşkil olunacaq və bir gün deyil, bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə həyata keçiriləcək.
Tədbirlər planı Ümidli Gələcək STİB-nin xidmət mərkəzlərində qeydiyyatda olan, Uşaq Tərbiyə Müəssisəsində yaşayan, Probasiya xidməti nəzarətinə verilən, həmçinin Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət edən uşaq və yetkinlik yaşına çatmayanları da əhatə edəcək.
Həftəlik çərçivəsində həssas qruplara aid uşaqların asudə vaxtının səmərəli təşkili üçün art terapiya, psixoterapiya sessiyaları, komanda oyunları, ekskursiyalar, eləcə də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulub. Uşaq Tərbiyə Müəssisəsində baş tutacaq tədbirə qonaq və rol-model qismində dəvət olunmuş bir çox tanınmış sima çətin uşaqlıqları fonunda uğur-motivasiya hekayələrini bölüşəcək. Bundan əlavə, uşaq hüquqlarının müdafiəsinə xidmət edən dəstək kanallarını və Azərbaycan Uşaq Qaynar Xidmətini tanıtmaq məqsədilə Bakı şəhərinin metro çıxışlarında uşaq və valideynlərə Uşaq Qaynar Xətt xidməti haqqında məlumatlar və əlaqə nömrələri əks olunan suvenir və hədiyyələr paylanacaq.
Qeyd edək ki, “Azercell Telekom” 116111 qısa nömrəsi ilə 24/7 rejimdə çalışan Azərbaycan Uşaq Qaynar Xəttinin 2010-cu ildən etibarən əsas tərəfdaşıdır. Həmçinin, Azercell-in təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılan Qadın Qaynar Xətt Xidməti fəaliyyət göstərir. Azercell cəmiyyətimizin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqələrinə dəstək olmaq, uşaqların sağlam mühitdə böyüyüb inkişaf etməsinə yardım istiqamətində müxtəlif sosial layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)













