Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı-Tbilisi-Qars dəmir yolu xətti genişləndirilir - YENİ PODRATÇILAR CƏLB EDİLİB

Məqsəd Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsidir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Tbilisi-Qars dəmir yolu xətti genişləndirilir - YENİ PODRATÇILAR CƏLB EDİLİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınma potensialının artırılması istiqamətində tikinti tempinin sürətləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 

‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik  sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçıları cəlb edib.

Bu barədə Marja-ya QSC-dən bildirilib.

Qeyd edilib ki, 2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində təmir-bərpa işlərinə başlanılması yol təsərrüfatının sağlamlaşdırılması, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəzliyi baxımından həyata keçirilən tədbirlərdir. Hazırda aparılan cari işlər nəticə etibarı ilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq.

Belə ki, Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-ın regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.

Hazırda xətlər tam elektrikləşdirilib, dəmir yol xətinin inşası əsasən tamamlanıb, 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğularının, stansiya işçiləri üçün inzibatı binaların, müasir köməkçi kommunikasiya işlərinin tamamlanması yerinə yetirilir.

Yuxarıda qeyd olunan layihə üzrə müvafiq tamamlama işlərinin qısa zaman ərzində yekunlaşdırılması üçün may ayının ortasından etibarən yolda yüklərin daşınması müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bakı-Tbilisi-Qars
26.05.2023 15:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ