Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dünyanın aparıcı kənd təsərrüfatı texnikası istehsalçısı Qarabağda investisiya imkanlarını araşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın aparıcı kənd təsərrüfatı texnikası istehsalçısı Qarabağda investisiya imkanlarını araşdırır

Dünyanın aparıcı kənd təsərrüfatı texnikası istehsalçılarından biri olan Almaniyanın CLAAS şirkəti Azərbaycana investisiya yatıra bilər.

Bu barədə Marja.az-a 2017-ci ildən Azərbaycan bazarında Almaniyanın “CLAAS” markasının rəsmi tərəfdaşı olan "4S" şirkətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyada iş adamları ilə keçirilən məhsuldar görüşün nəticəsi olaraq yeni mərhələdə “CLAAS” və "4S" birlikdə işğaldan azad edilmiş ərazilərdə investisiya imkanlarının araşdırılmasına da başlayıb.

Bu sahədə artıq dövlət orqanları ilə ilkin məsləhətləşmələr də başlayıb. 

SERVİS ŞƏBƏKƏSİ GENİŞLƏNDİRİLƏCƏK

"4S" şirkəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Son beşillik fəaliyyət dönəmini ciddi analiz edən şirkət gələcək beş il üçün inkişaf konsepsiyasını işləyib hazırlayıb. Yeni inkişaf konsepsiyasında innovativ yeniliklərin Azərbaycan bazarında təqdimatının genişləndirilməsi ilə yanaşı, fermerlərə daha yaxın olmaq üçün servis şəbəkəsinin genişləndirilməsi hədəf kimi müəyyənləşdirilib. Bu məqsədlə Bakıda 2023-2028-ci ildə əməkdaşlığa dair memarandum imzalanıb. 

CLAAS
26.05.2023 18:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ