Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkətin gəlirləri və mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkətin gəlirləri və mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət "QoldenPey" ASC 2022-ci ili 2 milyon 147 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 411 min manat calis mənfəət ilə bağlamışdı. Beləliklə, "QoldenPey"in xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 737 min manat və ya 52,2% (1,5 dəfə) artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. 

Marja.az Şirkətin audit olunmuş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə "QoldenPey"in gəlirləri 8 milyon 397 min manat ikən, 2022-ci ildə 11 milyon 155 min manata yüksəlib (2 milyon 758 min manat və ya 32,8% artıb).

Ötən il Şirkətin ümumi və inzibati xərcləri 1 milyon 390 min manat olub ki, bu da təxminən 2021-ci il səviyyəsindədir. 

31 Dekabr 2022-ci il tarixində "QoldenPey" ASC 6 milyon 626 min manat cəmi aktivlərə malik olub. 31 Dekabr 2021-ci il tarixində Şirkət 4 milyon 159 min manat cəmi aktivlərə malik idi. Ötən il "QoldenPey"in cəmi aktivləri 2 milyon 468 min manat və ya 59,4% artıb. 

2007-ci ilin iyul ayında yaranmış "QoldenPay" ASC hesab.az portalını idarə edir.

QoldenPey hesabaz onlayn ödəmələr
26.05.2023 18:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ