Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“PAŞA Bank”ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub

“PAŞA Bank” Naxçıvanda yeni biznes üfüqlərini müzakirə edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank”ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub

Ölkənin aparıcı maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan “PAŞA Bank”ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub.

Bankın yaydığı press-relizdə bildirilir ki, bu səfər çərçivəsində 26 may tarixində Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib. 

Konfrans iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər. 

Daha sonra konfrans Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı ilə açıq elan olunub. O, Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan danışıb. 

“PAŞA Bank”ın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev tədbirin təşkil edilməsində əsas məqsədin sektorlararası dialoqun yaradılmasına kömək etmək, əlçatan və effektiv maliyyələşmə mexanizmlərini nəzərdən keçirmək olduğu bildirib.

“Naxçıvan ərazisindən keçən nəqliyyat və enerji dəhlizləri, zəngin təbii resurslar, dağ-mədən sənayesi, bölgənin ticarət və turizm potensialı, eləcə də əlverişli infrastrukturun mövcudluğu buraya nəinki yerli, xarici investorları da cəlb etmək iqtidarındadır”, - deyə Bəhruz Nağıyev vurğulayıb.

Tədbirə spiker qismində qatılan Kiçik və Orta Bizneslərin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanəti Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri çıxışları zamanı sahibkarları maraqlandıran məqamlara toxunublar.

Tədbirin sonunda baş tutan müzakirə panelində maliyyə əlçatanlığının təmin olunması istiqamətində diskussiya aparılıb və aidiyyəti qurumlar tərəfindən sahibkarları maraqlandıran məqamlara aydınlıq gətirilib.

Qeyd edək ki, konfransa Naxçıvan rəsmiləri və sahibkarları, eləcə də “PAŞA Bank”ın müştəriləri də daxil olmaqla, 120-dən çox iştirakçı qatılıb.

26.05.2023 18:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ