“Unicapital” İnvestisiya Şirkəti ötən ilin maliyyə nəticələrini elan edib
“Unicapital İnvestisiya Şirkəti" ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, nəticələr üzrə illik gəlir 2.6 milyon manat olub. Əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi, satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların yaradılmasına yönləndirilib.
Bunun nəticəsində şirkətin cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 79% artaraq, 18.4 milyon manat təşkil edib və ilin yekunları üzrə 406.9 min manat mənfəət əldə edilib.
Şirkətin dayanıqlılığının əsas göstəricilərindən olan kapital adekvatlığı əmsalı normativdən 3 dəfə artıq olub.
Kapitalın effektivliyini ifadə edən ROE 27%-in üzərində təşkil edib ki, bu da öz növbəsində yüksək əməliyyat və mənfəətlilik göstəricisidir.
Həmçinin, 2022-ci ildə əldə edilmiş texnoloji nailiyyətlər nəticəsində 20 000+ alətlə, 20-dən çox bazarda onlayn qaydada investisiya etmək imkanı verən, ilk Azərbaycan dilli vahid ticarət platforması olan “UTrader” istifadəyə verilib.
Azərbaycanda rəqəmsal bankçılığın inkişafı məqsədilə ərsəyə gətirilmiş “Leobank”, “Unicapital”ın xidmətlərindən istifadə edərək, Azərbaycanda ilk dəfə mobil bankçılıq tətbiqində “investisiya” funksiyasını aktiv edib.
Müasir və innovativ yeniliklərin vəhdətində böyüyən şirkətdə işçi sayı ötən ilə nisbətdə 40%, qeyri-maddi aktivlərin həcmi isə təqribən 5 dəfə artıb, müştəri sayı 600 000-ə çatıb.
2022-ci ilin yekunu üzrə şirkətin məcmu kapitalı ödənilmiş dividentləri nəzərə almaqla (800 000 manat) 1.5 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








