Ən yuxarı (mobil)-2_30

Bu gün önəmli məlumatlar açıqlanacaq - qiymət dəyişikliklərini gəlirə çevirə bilərsiniz!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün önəmli məlumatlar açıqlanacaq - qiymət dəyişikliklərini gəlirə çevirə bilərsiniz!

Bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

ÜMUMİ MƏLUMAT

Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir..

NƏ GÖZLƏNİLİR?

FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da məşğulluğun və işsizlik səviyyəsinin ötən ay ilə müqayisədə azaldığı görünür. Beləki, ötən ay məşğulluğun 253000 nəfər artdığı açıqlanmışdısa, bu gün açıqlanacaq göstəricinin 180000 olacağı proqnozlaşdırılır. Qeyri-kənd təsərrüfatında yeni açılacaq işyerlərinin sayının baza həddi hesab edilən 200000-nin altına düşəcəyi ehtimalı ölkə iqtisadiyyatı üçün mənfi hal kimi qarşılana bilər. Əvvəlki göstəriciyə nəzərən göstəricinin aşağı proqnozlaşdırılması, "NFP"-nin artım dinamikasının zəifləməsi, sərt monetar siyasətin fəsasdlarının əmək bazarında hiss edilməyə bəşlanıldığı deməkdir. Bu da bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmaya bilər. İşsizlik səviyyəsi göstəricisinin isə əvvəlki ayla müqayisədə 0.1% artacağı proqnozlaşdırılır. Bu da investorlar tərəfindən ümumilikdə ABŞ iqtisadiyyatı üçün mənfi hal kimi dəyərləndirilə bilər. Qeyd edək ki, aprel ayı üçün bu göstərici 3.4% açıqlanmışdı. May ayında isə işsizlik səviyyəsinin 3.5% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə 0.1% azalaraq 0.5%-dən 0.4%-ə düşəcəyi ehtimal olunur. İllik müqayisədə də orta saatlıq əmək haqlarının 0.1% azalaraq 4.5%-dən 4.4%-ə düşəcəyi proqnozlaşdırılır. Əmək haqlarında azalmanın olması, FED-in inflyasiya hədəflərinə çatması üçün monetar siyasətlə bağlı qərarlarında daha ehtiyyatla davranmasına səbəb ola bilər. Qeyd edək ki, FED-in may toplantısında faiz dərəcələrini növbəti dəfə 0.25% artırmışdı. FED-in iyun toplantısında isə faiz dərəcələrin sabit saxlanılacağı ehtimalları daha yüksək ehtimal olaraq qiymətləndirilir.

BİRJALARA TƏSİRİ

Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.

Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 16:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.

Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

02.06.2023 10:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ