Qlobal bank Türk lirəsinin daha da "öləcəyini" gözləyir
12 ya ərzində Dolların qiymətinin 28 lirəyə yüksələcəyi nəzərdə tutulur.Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri hesabatlarında məzənnəyə olan təzyiqlərə istinad edərək, dollar/TL proqnozlarını 3, 6 və 12 aylıq yuxarıya doğru yenidən nəzərdən keçiriblər.
Marja.az xəbər verir ki, "Goldman Sachs"ın analitikləri, rüblük Dollar/TL proqnozunu 19-dan 23-ə, altı aylıq proqnozunu 21-dən 25-ə, on iki aylıq proqnozunu isə 22-dən 28-ə qaldırdılar.
Analitiklər qeyd ediblər ki, Türkiyənin xalis valyuta ehtiyatlar mənfi əraziyə keçib.
Lirəyə olan bu təzyiqi nəzərə alan analitiklər birdəfəlik korreksiya ehtimalının artdığını bildirərək, "Məsələ lirənin zəifləyib-zəyifləməyəcəyindən deyil, nə zaman zəifləməsindən gedir" deyib.
Analitiklər qeyd ediblər ki, mövsümi turizm gəlirləri rəsmilərə kəskin valyuta korreksiyasını (lirənin ucuzlaşmasını) təxirə salmaq imkanı verə bilər, lakin yerli seçkilər (bələdiyyə seçkiləri - red) üfüqdə olduğu üçün onlar hələ də daha erkən korreksiya gözləyirlər.
Hesabatda, “Lirədəki zəifliyi daha yüksək faiz dərəcələrinə keçid və Mehmet Şimşekin maliyyə naziri təyin edilməsinin investorların inamına müsbət təsiri ilə yumşaltmaq olar”, - deyə bildirilir.
Bu gün birjada Dollar/Türk Lirəsi məzənnəsi 21 lirəni də keçərək 21,18 lirəni görüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























