"Bizdən soruşurlar ki, 30 ildir sizdə Tahir Əmiraslanovdan başqa qastronom yoxdur?" -Dövlət Agentliyi
Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq direktoru Tahir Əmiraslanovun Dövlət Turizm Agentliyindən narazılığına aydınlıq gətirilib.
Bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə məlumat verib.
O bildirib ki, DTA qastronomiyanın inkişafı sahəsində şəxslər üzərindən deyil, daha geniş strategiya üzərindən fəaliyyət göstərir: "Tahir Əmiraslanov 30 il ərzində Azərbaycanı Ümumdünya Aşpazlar Cəmiyyətində uğurla təmsil edib. Biz ilk gündən Tahir müəllimə böyük hörmətlə yanaşmışıq. Müxtəlif istiqamətlə bizlə işləməyə dəvət etmişik. Ona qarşı heç bir şəxsi qərəz yoxdur. Bizim əsas qayəmiz yolu gənclər üçün açmaqdır. Bizdən tədbirlərdə soruşurlar ki, 30 ildir sizdə Tahir Əmiraslanovdan başqa qastronom yoxdur? Bizdə potensiallı xeyli adam var. Onların yolunu açmağa çalışırıq".
Tahir Əmiraslanov Dünya Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvlüyündən çıxarılır
Tahir Əmiraslanovun Dünya Kulinariya Mütəxəssisləri Assosiasiyasına milli üzvlükdən çıxarılması istiqamətində fəaliyyətə başlanılıb.
Bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə məlumat verib.
O bildirib ki, hazırda Orxan Muxtarovun rəhbərlik etdiyi Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının üzvlüyə qəbul edilməsi üçün işlər görülür.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
19 saat əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
19 saat əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 19 saat əvvəl
- 20 saat əvvəl