Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Koronavirus peyvəndlərinin yan təsirləri - "Pfizer-BioNTech" məhkəməyə verildi, təzminat tələb olunur

BioNTech tərəfindən istehsal olunan Covid-19 peyvəndlərinin yan təsirləri ilə bağlı Almaniyada tibb işçisinin qaldırdığı iddianın ilk iclası sabah keçiriləcək. Almaniyada peyvəndlərə görə BioNTech şirkətinə qarşı yüzlərlə məhkəmə işi var. Tibb işçisi iddia edir ki, peyvənd olunduqdan sonra onda ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyininin "dumanlı olması" (zehni yorğunluq və çaşqınlıq növü) kimi problemlər ortaya çıxıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Koronavirus peyvəndlərinin yan təsirləri - "Pfizer-BioNTech" məhkəməyə verildi, təzminat tələb olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyada bir tibb işçisi Covid-19 peyvəndinin yan təsirləri olduğu iddiası ilə biotexnologiya şirkəti BioNTech-i məhkəməyə verib. Onun qaldırdığı iddia üzrə məhkəmənin ilk iclası sabah keçiriləcək.

Marja xəbər verir ki, Almaniyanın məxfilik qanununa əsasən anonimlik hüququndan istifadə edən orta yaşlı tibb işçisinin adından "Rogert & Ulbrich" hüquq şirkəti tərəfindən iddia qaldırılıb. İddia üzrə sabah Hamburq Məhkəməsində ilk iclas keçiriləcək.

Sözügedən tibb işçisi ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyininin "dumanlı olması" (zehni yorğunluq və çaşqınlıq növü) kimi əlamətlər səbəbiylə bədəninə dəyən zərərə görə 150 ​​min avro təzminat tələb edir. Tibb işçisi iddia edir ki, qeyd edilən problemlər peyvənd olunduqdan sonra ortaya çıxıb. İddiaçı, həmçinin müəyyən edilməmiş maddi ziyana görə kompensasiya tələb edib.

YÜZLƏRLƏR MƏHKƏMƏ İŞİ

Sözügedən iş, milyonlarla avro təzminat iddialarından biridir. Digər hüquq şirkəti "Casar-Preller" Covid-19 peyvəndlərinin iddia edilən yan təsirlərinə görə təzminat tələb edən müştərilər üçün təxminən 250 iddia qaldırdığını açıqlayıb.

Almaniyada tətbiq edilən 224 milyon vaksin dozasının təxminən dörddə üçü BioNTech tərəfindən istehsal edilib.

Covid-19 peyvəndlərinin yan təsirləri ilə bağlı oxşar iddialar İtaliyada da gündəmdədir.

Pfizer şirkəti ilə birlikdə inkişaf etdirdiyi peyvəndi Almaniyada bazara çıxaran BioNTech tərəfindən verilən açıqlamada, diqqətli müayinədən sonra sözügedən halların "əsassız" olduğuna və rədd ediləcəyinə əmin olduğu bildirilib.

Açıqlamada, Almaniyada ən azı 64 milyon insan da daxil olmaqla, dünyada təxminən 1,5 milyard insanın peyvənd edildiyi və bu günə qədər müvafiq məhsul məlumatlarında sadalananlardan başqa potensial yan təsirlərin aşkar edilmədiyi qeyd edilib.

11.06.2023 23:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ