Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Naxçıvan MR Dövlət Vergi Xidmətində işə qəbulla bağlı müsabiqə elan edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan MR Dövlət Vergi Xidmətində işə qəbulla bağlı müsabiqə elan edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək.

 Müsabiqədə iştirak etmək istəyən və elanda göstərilmiş şərtlərə uyğun gələn namizədlər “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər. Namizədlər 12 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrinə (www.taxes.gov.az və www.vergi.nakhchivan.az) daxil olaraq yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Reklam_3_11

Müsahibə 28 iyul 2023-cü il tarixdən başlayaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Müsabiqə Komissiyası tərəfindən aparılacaq.

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdıqdan sonra nəticələr İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələri vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant olan vəzifələrə təyin ediləcəklər. Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.

Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiz: 

www.taxes.gov.az/az/post/2603

http://www.vergi.nakhchivan.az/m%C9%99tbuat-xidm%C9%99ti/elanlar.html

12.06.2023 17:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ