Buğda üzrə orta məhsuldarlıq 33,2 sentner təşkil edir
Taxıl biçini - 2023: sahələrin 23,5 faizində biçin başa çatıb.Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Respublikanın bölgələrində taxıl biçini davam edir.
Bugünədək sahələrdən 598272 ton arpa, 152672 ton buğda yığılıb. Artıq arpa sahələrinin təxminən 50 faizində biçin başa çatıb, buğda sahələrində kütləvi biçinə başlanıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.6 sentner, buğda üzrə isə 33,2 sentner təşkil edir.
Payızlıq əkinlər mövsümündə Saatlı rayonunda 19801 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 14873 hektarı buğda, 4928 hektarı arpa sahələridir. Bugünədək Saatlıda 6555 hektar sahədə biçin aparılıb, sahələrdən 24710 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 37.7 sent/ha təşkil edir. Saatlıda arpa biçini yekunlaşmaq üzrədir, arpa sahələrinin 94 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.
Hazırda rayonda biçin prosesində 44 kombayn iştirak edir. Bunlardan 22 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Saatlıya 6 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 16 özəl kombayn da cəlb olunub. Rayonda arpa biçininin ən qısa müddətdə tam başa çatacağı gözlənilir.
Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Bu günə qədər 247863 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 23.5 faizində biçin başa çatıb. Sahələrin 66342 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
Biçin prosesi davam edir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda İran konfetləri məhv edilib
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Banklarda ən çox bu sığorta məhsulları təklif olunur – STATİSTİKA
Əhalinin 53%-i sığortalıdır - SORĞU
Azərbaycan “Saipem S.p.A.” ilə enerji və yaşıl keçid sahələrində birgə fəaliyyəti genişləndirməyi müzakirə edib
SOCAR Macarıstan şirkətilə yeni saziş imzaladı - 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək
BMW-yə yeni baş direktor təyin edilib























.jpg)



