“Şahdağ Turizm Mərkəzi” ötən il də zərərlə işləməsinin səbəbini açıqlayıb
Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2022-ci ili də zərər ilə (8 milyon 688 min manat) başa vurmasına aydınlıq gətirib.
Bu barədə qurumdan açıqlama verilib.
Açıqlamada deyilir ki, Mərkəzin birja əməliyyatı gəlirlərindəki 56,3 % artımı (müştəri sayının artımı) nəzərə aldıqda buna nisabətdə inzibati xərclərin (kompleksin köhnəlməsi ilə əlaqədar meydana çıxan təmir və bərpa xərcləri) 11,2 %, satışın maya dəyərinin 17 % olmaqla təbii şəkildə artması, eləcə də 2021-ci ilə nisbətdə cari ildə büdcədən daxil olan vəsaitin 13,6 % azalması, həmçinin ötən illərin yığılmış kreditor öhdəliklərinin 37,3 % azaldılması müəyyən kəsir və zərərlərə səbəb olub.
Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci ili 8 milyon 688 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 6 milyon 344 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Şahdağ Turizm Mərkəzi"nin xalis zərəri 2 milyon 344 min manat və ya 37% artıb. Marja.az xəbər verir ki, ötən ilin zərəri də daxil olmaqla "Şahdağ Turizm Mərkəzi" QSC-nin yığılmış zərəri 97 milyon 177 min manata yüksəlib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
11 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
11 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
12 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 12 saat əvvəl
-
23 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ