Türkiyə Prezidenti SOCAR-a mükafat təqdim edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” daha bir mükafata layiq görülüb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə İxracatçılar Məclisinin (TİM) açıqladığı “2022 İxrac Çempionları” siyahısında Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye holdinqi və ən böyük birbaşa xarici investoru olan "SOCAR Türkiyə" qrup şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” 3-cü yerdə qərarlaşıb.
Belə ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə “2022-ci ilin İxrac Çempionları” mükafatının təqdim edilmə mərasimi keçirilib. Mərasimdə ötən il Türkiyədə ən çox ixrac edən ilk 10 şirkətə mükafatları təqdim edilib.
Türkiyə Prezidenti “SOCAR Petrol Ticaret” şirkətinin mükafatını SOCAR-ın vitse-prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin üzvü Süleyman Qasımova təqdim edib.
S. Qasımov bildirib ki, SOCAR Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyətini dərk edərək, Azərbaycan və Türkiyəni gücləndirmək, sosial rifahı yüksəltmək üçün çalışır: “Biz son 15 ildə 18 milyard ABŞ dolları keçən yatırımlarla Türkiyənin ən böyük birbaşa xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye holdinqiyik”.
O bildirib ki, şirkət investisiya və fəaliyyət gücü ilə Türkiyənin iqtisadiyyatına, sənayesinə və sosial inkişafına uzun illər xidmət etməyə qətiyyətlə davam edəcək: “Türkiyənin ilk 10 ixracatçısından biri olmaqdan çox qürur duyuruq. Bu uğurlarda əməyi olan bütün həmkarlarıma təşəkkür edirəm”.
“Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
4 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























