Bakı Fond Birjası "BOA Agency" ASC-nin səhmlərini şərti listinqə daxil etdi
23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə " BOA Agency " ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
Bu barədə Marja-ya Birjadan bildirilib.
Adi adlı sənədsiz səhmlərin sayı 86 min ədəd, hər birinin nominal dəyəri 1 manatdır. Yerləşdirilmə forması "Abunə yazılışı" üsuludur.
Qeyd edilib ki, "BOA Agency" ASC “Bakı Fond Birjasi” QSC-də qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili Qaydaları”nın 4.5-ci bəndinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200 min manata çatdırılması öhdəliyini üzərinə götürür.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Xəbər verdiyimiz kimi, Kredit borcların qaytarılması üzrə xidmətlər göstərən "BOA Agency" Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 1 manat olan 86 000 ədəd adi, adlı sənədsiz səhm buraxıb. Emissiya uğurla yekunlaşarsa şirkətin nizamnamə kapitalı 4 min manatdan 86 min manata yüksələcək. Səhmləri mövcud səhmdarların alacağı gözlənilir.
"BOA Agency" əsasən kredit müqavilələri və digər əsaslar ilə yaranmış, qanunu qüvvəsini almış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
"BOA Agency" ASC-nin səhmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).
Qeyd edək ki, "BOA Agency" ASC 2022-ci ili 1 milyon 20 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 471 min manat xalis mənfəət ilə bağlamışdı.
Əvvəllər şirkət “BOA Agentliyi” MMC olaraq Məhdud Məsuliyyətli Cəmiyyət formasında fəaliyyət göstərirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


