Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edib. 

Məlumatda bildirilir ki, son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. 

"Dövlət Xidməti məlumat üçün bildirir ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi keçirilən sınaqların müsbət nəticələri əsasında təsdiq edilir və tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar Dövlət reyestrinə daxil edilir.

Qeyd edək ki, Dövlət reyestri daimi yenilənir və ictimaiyyətə açıqdır. Hüquqi və fiziki şəxslər hər hansı standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilib-edilməməsi barədə məlumatları Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun rəsmi internet saytının (http://metrology.az) Dövlət reyestri bölməsindən əldə edə bilərlər.

Eyni zamanda hüquqi və fiziki şəxslər tipi təsdiq edilməmiş standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutuna (http://metrology.az/index.php/component/sppagebuilder/83-elektron-m-raci-t) qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edə bilərlər".

24.06.2023 10:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ