5.5 milyon manat bölüşdürüləcək - MÜSABİQƏ ELAN EDİLDİ
Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edir. Müsabiqə ilə əlaqədar iyulun 18-də təqdimat keçiriləcək.
Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyır.
Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin (5.5 milyon manat) müsabiqə yolu ilə bölüşdürülməsi təmin ediləcək. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, 2023-cü il köklü ənənələrə malik olan Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir.
Azərbaycan Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) yaradılması, eləcə də bu sahənin mövcud vəziyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi, şəffaf və kollegial idarəçilik modelinin formalaşdırılması milli kinematoqrafiyaya sistemli yanaşmanın göstəricisidir. Yeni şəraitdə Nazirlik film istehsalında stimullaşdırıcı rol oynamaqla bərabər, yerli prodüser şirkətlərinin bu proseslərə aktiv şəkildə qoşulmasına çalışır.
Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən islahatların məqsədi şəffaf maliyyə mexanizmlərinin formalaşdırılması, yaradıcı biznes subyektlərinin dəstəklənməsi və ölkədə sağlam, rəqabətədavamlı mədəniyyət ekosisteminin yaradılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI


























