Rusiyadan gətirilən günəbaxan tumunda zəhərli maddə aşkarlandı - 20 TON MƏHSUL VƏ QADAĞA
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Marja.az Agentliyə istinadən xəbər verir ki, idxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Aflatoksin B1 zəhərli maddədir. Bu maddə günəbaxan tumuŞ fıstıq, qarğıdalı və digər taxıllarda olur. Tez-tez heyvan yemlərində də rast gəlinir. Aflatoksinlər arasında ən zəhərlisi Aflatoksin B1-dir və insanlarda qaraciyər xərçənginin yaranmasında böyük rol oynayır.
Qidalarda, taxıllarda, yemlərdə və hər cür quru qidada nəmişlik və temperaturun yüksəlməsindən asılı olaraq göbələk növləri sürətlə çoxalır və mikotoksin (kif zəhəri) adlı zərərli toksin (zəhər) yaradır. Bunlardan ən təhlükəlisi Aflatoksindir. Aflatoksinlər güclü zəhər və kanserogen maddələrdir. Qısası xərçəng xəstəliyi yarada bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























