MİDA-nın xalis mənfəəti 5 dəfədən çox artıb
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2022-ci ili 8 milyon 173 min manat xalis mənfəət ilə başa vurub. Agentlik 2021-ci ili 1 milyon 509 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Agentliyin xalis mənfəəti 5,4 dəfə artıb.
Marja.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin maliyyə gəliləri 2021-ci ildə 10 milyon 176 min manat ikən, 2022-ci ildə 10 milyon 849 min manata yüksəlib.
2021-ci ildə dövlərdən 2,1 milyon manat yardım almış Agentlik, ötən il dövlətdən yardım almayıb.
Bu il yanvarın 1-nə MİDA-nın cəmi aktivləri 536 milyon 713 min manat olub ki, bu da illik müqayisədə 0,2 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 15,7 % artaraq 57 milyon 596 min manata, balans kapitalı isə 1,4 % artaraq 479 milyon 117 min manata çatıb.
Mənzil İnşaatı Dövlət Agentliyi qiymətli kağızlara 203 milyon 880 min manat yatırıb.
Göstəricilərə Agentliyin tabeliyində olan "MİDA" MMC-nin göstəriciləri daxil deyil.
Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)





