Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

McDonald’s burgerləri yeniləndi - daha yumşaq və daha ləzzətli! - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
McDonald’s burgerləri yeniləndi - daha yumşaq və daha ləzzətli! - FOTO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Sevdiyiniz burgerlər indi daha fərqli reseptlə hazırlanır

Böyük McDonald’s ailəsində yenilik var. Elə bu yeniliklərdən burger sevənləri də xəbərdar etmək üçün mətbuat nümayəndələri Tblisi pr. 1056 ünvanında yerləşən  McDonald’s restoranında qonaq oldu. Biz müştərilərin daxil ola bilmədiyi mətbəxə də baş çəkdik və gördüklərimi ən yaxşı bələdçi kimi bir azdan qeyd edəcəm. 

İndi isə gəlin görək klassik burgerlərin reseptində nələr dəyişib?

Dünyada ən böyük “fast-food” şəbəkəsi kimi sevilən McDonald’s aylar öncə  öz ləzzətli burgerlərinin  reseptinə və hazırlanma texnologiyasına bir neçə dəyişikliklər etmək qərarına gəldi. Yeni qayda ilə hazırlanan burgerlər “Best burger” adı ilə indi daha fərqli dad kimi çıxış edir. Klassik burger sevənlər onların ağızda iz qoyan ləzzətinə yaxşı bələddir. Lakin klassik burgerdən fərqli olaraq “Best burger”in bulkaları indi daha parlaq, daha tünd və olduqca yumşaqdır. İçindəki  nəfis qoxu və dadlar bir-birinə qarışır. Əriyən yumşaq pendirin dadı isti burgerdə əridikcə ləzzətinə ləzzət qatır. Bütün bu yeniliklər klassik burgeri “Best burger”ə çevirir və daha nəfis dad yaranır. 

Bu fərqli yeni ləzzəti biz də dequstasiya etdik və sizə də şiddətlə tövsiyə edirik.

Fürsətdən istifadə edib, Tbilisi pr. 1056 ünvanında yerləşən McDonald’s restoranının mətbəxində də olduq. Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Anar bəy mətbəxdə yeməklərin hansı şəraitdə hazırlanması ilə bizi tanış etdi.  Əminliklə deyə bilərəm ki, mətbəxdə hər şey təmiz, steril şəraitdədir. Bütün ərzaqlar öz temperaturuna uyğun saxlanılır və bu işə rəqəmsal qida təhlükəsizliyi proqramı ilə nəzarət edilir. Mətbəxdə istifadə olunan kənd təsərrüfatı məhsulları  yerli istehsaldır. Çox zaman müştərilər yeməklərdə ət və yağdan narahat olurlar. Elə isə gəlin mifləri dağıdaq. Burada hər məhsul öz yağ vannasında bişir və bir-birinə qarışmır. Yağların turşuluq dərəcəsi xüsusi lakmus kağızları ilə yoxlanılır, göstərici 1%-dən yuxarı olduqda isə yağ dərhal yenilənir. Həmçinin, onların vizual görünüşünə - rəngi və ətrinə də  gündəlik nəzarət olunur. Məhsullar üçün istifadə olunan bitki yağı yüksək keyfiyyətli günəbaxan yağıdır. 

Təchizat və Keyfiyyətə nəzarət üzrə direktor Anar Osmanov onu da qeyd edib ki, bütün “McDonald's” restoranlarında ən son nəsil fritozlardan istifadə edilir. Bu texnikanın avtomatik yağ süzmə sistemi digər vannalarda hazırlanma davam etdiyi zaman yağı ayrıca bölmədə süzməyə imkan verir. Bundan əlavə, cihazın avtomatik doldurma sistemi lazım olduqda yağı qabdan avtomatik çəkir ki, nəticədə onu vannaya əllə tökməyə ehtiyac qalmır.

Burgerlər üçün istifadə olunan ət isə idxaldır və xüsusi temperaturda saxlanılır.

Ən yaxşı xəbər isə bütün qidaların temperatur, saxlanma və bişirilmə şəraitinə rəqəmsal texnologiya ilə birbaşa nəzarət olunmasıdır. 

A.Osmanov turun yekunu olaraq bildirib ki, yaxın gələcəkdə mətbuat nümayəndələri üçün qida sənayesi tədarükçülərinin müxtəlif zavodlarına silsilə turların təşkili planlaşdırılır. Bu turların iştirakçıları “McDonald's”ın Azərbaycan restoranlarında istifadə edilən məhsulların istehsal prosesi ilə əyani tanış olmaq imkanı əldə edəcəklər.

restoran McDonald’s burger Best burger
13.07.2023 10:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ