Əməkhaqqı fondunun “ağarması” ilə 2,5 milyard manatdan çox daxilolma
2023-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olub.
Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 304,9 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1,6 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 88,8 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 65 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artaraq 452,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21 faiz artaraq 314,6 milyon manat təşkil edib.
Vergi daxilolmaları 41,6 faiz artıb
2023-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 181,4 milyon manat həcmində vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 41,6 faiz və ya 2,7 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 199,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 801,3 milyon manat artım deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























