Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir!
Azercell azad edilmiş ərazilərdə müştəri xidmətləri mərkəzini təqdim edən ilk və yeganə mobil operatordur(®) “Azercell Telekom” MMC işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı mühüm missiyanın həyata keçirilməsinə öz töhfəsini verməyə davam edir. Şirkət Qarabağda telekommunikasiya xidmətləri göstərən ilk və yeganə müştəri xidmətləri mərkəzinin 1 illiyini qeyd edir. Bu münasibətlə 17-18 iyul tarixlərində lider operatorun prezidenti Zərinə Zeynalova və şirkətin nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.
Zərinə Zeynalova azad edilmiş ərazilərdə aparılan bütün işlərin şirkət üçün olduqca önəmli olduğunu vurğulayıb: “ Azad edilmiş ərazilərin yenidən qurulması və həyata qaytarılması işlərində fəal iştirak etmək bizim üçün strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsinin başladığı gündən etibarən şirkətimiz cəbhə boyu şanlı ordumuzun ardınca irəliləyərək azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu qurmağa müvəffəq olub. Hazırda Azercell bu əraziləri ən müasir texnologiyalarla təchiz edərək öz 4G şəbəkəsini Qarabağ boyu gücləndirir və genişləndirir. Bu günə kimi azad edilmiş ərazilərdə şirkətimizin 100-dən çox baza stansiyası işə salınıb. Şirkətimiz bu istiqamətdə olan fəaliyyətini var gücü ilə davam etdirəcək”.
Rəsmi tədbir iyul ayının 18-i Azercell-in Şuşa ofisində baş tutub. Tədbirdə çıxış edən şirkətin Satış və B2B blokunun direktoru Dəmir Dirim bu günün Azercell üçün tarixi əhəmiyyət daşıdığını bildirib. “Ötən il Azercell Qarabağda müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operator oldu. Xüsusilə qürurvericidir ki, Eksklüziv tipli xidmət mərkəzimiz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində fəaliyyətə başladı. Artıq bir ildir ki, Azercell-in digər ofislərində olduğu kimi, bu mərkəzdə də abunəçilərə bütün xidmət spektri təqdim edilir. Onu da qeyd edim ki, birinci rəsmi diler mağazamız “ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Azercell olaraq azad edilmiş ərazilərdə abunəçilərimizə operativ xidmət göstərmək məqsədilə Qarabağda yerləşən mərkəzlərimizin sayını artırmağı planlaşdırırıq”,- deyə Dəmir Dirim qeyd edib.
Səfər çərçivəsində Azercell komandası həmçinin Şuşa şəhərinin tarixi-memarlıq abidələrini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
7 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
-
7 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Ən çox oxunanlar
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi - SƏRƏNCAM



























