"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2,6 dəfə artıb - BANKIN SON VƏZİYYƏTİ
"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin ilk yarısını 3.6 milyon manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, “Yapı Kredi Bank Azərbaycan” ötən ilin eyni dövrü ilə müqayisədə 164.7 % artım (2,4 dəfə) əldə edərək, bu ilin birinci yarısını 3.6 milyon manat mənfəətlə başa vurmuşdur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar- iyun ayları üzrə faiz gəlirləri 41.3% artaraq 17.1 milyon manat, qeyri-faiz gəlirləri 11.3% artaraq 9.3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 42.6% artaraq 15.9 milyon manat olmuşdur.
Cari ilin ikinci rübün sonuna “Yapı Kredi Bank Azərbaycan” da QSC-də müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 6% artmış və 251 milyon manat təşkil edib. Belə ki, istehlak kreditləri 15.1% artaraq 52 milyon manat, daşınmaz əmlak üzrə verilən kreditlər 25.3% artaraq 28 milyon manat olmuşdur. Biznes kreditləri isə cari ilin ikinci rübündə 171 milyon manat təşkil etmişdir.
Qeyd edilib ki, “Yapı Kredi Bank Azərbaycan” cari ilin ikinci rübündə Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.37%, məcmu kapitalının adekvatlıq əmsalı isə 25.73% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 79.5 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
9 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 13 d. əvvəl
-
-
28 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı


























