Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Elektron siqaretlərin üzərində Azərbaycan dilində xəbərdarlıq yazılarının olmaması halları müəyyən edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektron siqaretlərin üzərində Azərbaycan dilində xəbərdarlıq yazılarının olmaması halları müəyyən edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı:

-Birdəfəlik elektron siqaretlərin qutularının (qablaşdırmanın) üzərində Azərbaycan dilində zəruri məlumatlar, həmçinin istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazılarının olmaması halları müəyyən edilib. 

Reklam_3_11

-Bu məhsulların ölkəyə idxalı ilə məşğul olan müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçıların sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirilməsi barədə müraciət daxil olub. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticəsi barədə Dövlət Xidmətinə məlumat verilməsi barədə müvafiq məktublar ünvanlanıb.

Məlumat üçün qeyd edilməlidir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin qanunun 13-cü maddəsinin 3-cü bəndinə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.8-ci bəndinə əsasən Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. 

Eyni zamanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən bütün növ qəlyanlar və elektron siqaretlər həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14.3.4-cü maddəsinə əsasən ölkə ərazisinə idxal edilən  tütün məmulatlarının, o cümlədən birdəfəlik istifadə üçün elektron siqaretlərin qutularının üzərində (qablaşdırmasında) insanların səhhətinə zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazısı mövcud olmalıdır.

Qeyd edək ki, istehlak bazarında malların satışı zamanı yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilməməsi istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların məhsulların xassələri haqqında düzgün məlumatlandırılmamasına səbəb ola bilər. Bu cür qanun pozuntularına yol verən və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə əməl etməyən ticarət fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının təmin edilməsi və onların dövlət tərəfindən müdafiəsinin həyata keçirilməsi ilə bağlı mövcud qanunvericilik və öz əsasnaməsi ilə ona həvalə edilən vəzifələr və hüquqlar əsasında istehlakçıların hüquqlarının və yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərinin və ticarət qaydalarının pozulması halları aşkar etdikdə, pozuntulara yol vermiş şəxslərə iradnamə və yazılı tələbnamələr verir, onların qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görür. Bundan əlavə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən elektron siqaretlərlə bağlı dövlət standartının qəbul olunması istiqamətində iş aparılır. Standart layihəsi hazırda dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

İstehlakçılar müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected])  və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Elektron siqaretlər
25.07.2023 15:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ